AZE | RUS | ENG |

Komitə tərəfindən “əmlak kalkulyatoru” istifadəyə verilib

Komitə tərəfindən “əmlak kalkulyatoru” istifadəyə verilib
Muxtar respublikada qeydiyyatla bağlı daha keyfiyyətli xidmətlərin göstərilməsi və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən "əmlak kalkulyatoru” istifadəyə verilib.
 
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vətəndaşlara və hüquqi şəxslərə daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını əvvəlcədən onlayn qaydada hesablamaq imkanı yaradılıb.
 
"Əmlak kalkulyatoru” komitənin internet saytı (www.emlak.nakhchivan.az) vasitəsilə istifadəçilərə təqdim olunur. Müvafiq məlumatların daxil edilməsi ilə daşınmaz əmlak obyektlərinin qeydiyyatı və çıxarışın alınması, texniki sənədlərin hazırlanması, dövlət reyestrindən arayışların verilməsi, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azadetmə, məhv olmuş daşınmaz əmlakın və onun üzərində hüquqların dövlət qeydiyyatının ləğvi, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması və digər xidmətlərə görə tələb olunan ödənişlər elektron qaydada hesablanır və yekun rəqəm təqdim olunur.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045